"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
10 yaşından sonra yeni dili yüksək səviyyədə öyrənmək çətinləşir
10 yaşından sonra yeni bir dil öyrənməyə başlayan şəxslərin həmin dili yüksək səviyyədə öyrənməsi çox çətin olacaq. Massaçusets Texnoloji İnstitutunun tədqiqatçıları belə nəticəyə gəlmişlər.
Tədqiqat işi dil biliyinin yoxlanması əsasında aparılmış və tədqiqatda təqribən 670 min adam iştirak etmişdir. Tədqiqatın nəticələri göstərmişdir ki, yeni dil öyrənməyin çətinləşməyə başladığı yaş dövrü 17-18 yaşdır.
Bundan başqa, tədqiqat müəyyən emişdir ki, 10 yaşından sonra yeni dil öyrənməyə başlayanlar demək olar ki, heç vaxt yüksək dil biliyi səviyyəsinə çata bilmirlər.
Bu tədqiqat dil öyrənmək bacarığının uşaq yaşlarında daha güclü olduğunu ilk dəfə elmi cəhətdən təsdiq etdi.