"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Finlandiya adının sirli mənşəyi
Finlər öz ölkələrini "Suomi" adlandırırlar, lakin heç kim bu adın hardan yarandığını və hətta "Finland" adı meydana çıxdıqdan sonra da niyə hələ də mövcud olduğunu bilmir.
"Finlandiya" adı fin sözü deyil. Əslində, əsl fin əlifbasında heç "f" hərfi də olmamış, bu hərf alınma sözlər vasitəsilə dildə meydana çıxmışdır. Hesab edilir ki, "Finland" adı köhnə ingilis sözü olan, bir vaxtlar Skandinaviyadan olan adamları bildirmək üçün ümumi termin olan "finna" sözündən törəmişdir. Lakin bəzi tarixçilər hesab edirlər ki, onun mənbələri əslində İsveçə aiddir. Orada "finlonti" və "finlandi" sözləri hazırda müasir Finlandiyanın cənub-qərb hissəsi olan torpağı bildirmək üçün işlədilirdi.
Buna baxmayaraq, əsrlər boyu finlər öz ölkələrini "Suomi" adlandırmışlar. Bəs bu ad haradan yaranmışdır və müasir fin mühitində necə özünə yer tapır?
Fərziyyələrdən biri ondan ibarətdir ki, "Suomi" sözü fin dilində "bataqlıq yer" mənasını verən "suoma" sözündən törəmişdir. Həqiqətən də ölkənin cənub-qərb hissəsində çoxsaylı göllər vardır ki, onlar keçmiş vaxtlarda bataqlıq ola bilərdi.
Başqa bir fərziyyə ondan ibarətdir ki, bu söz "pulcuq" mənasını verən "suomu" sözündən törəmişdir. Burada Finlandiya sakinlərinin əvvəllər balıq dərisindən geyim istifadə etdikləri nəzərdə tutulur.
Və nəhayət, üçüncü fərziyyə maralçılıqla məşğul olan qədim Sami tayfasının adı ilə bağlıdır. Finlandiyanın dillər institutunun eksperti Klaas Ruppelin fikrincə, bəzi linqvistlər hesab edirlər ki, "Sami" və "Suomi" ərazinin və həmin torpağın sakinlərini bildirmək üçün istifadə olunmuş zeme probaltika sözündən törəmişdir.
Finlərin təbiətə necə əhəmiyyət verdiklərini xatırlasaq, Finlərin özlərini Sami adı ilə eyniləşdirməsi kifayət qədər inandırıcı görünür. Belə ki, Ekoloji hüquq və siyasət mərkəzinin ekoloji göstəricilər indeksinə əsasən, Finlandiya müntəzəm olaraq dünyada ən ekoloji ölkələrdən biri kimi qiymətləndirilir.