Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

İngilis dilinin Oksford lüğəti haqqında tarixi faktlar


Bu il ingilis dilinin Oksford lüğətinin (OED) 135 yaşı tamam olur. İngilis dili inkişaf etməkdə davam etdiyi üçün lüğətə müntəzəm olaraq yeni sözlər əlavə edilir (məsələn, nothingburger, prepper, idiocracy və fam). Lüğətin yaranması tarixinə nəzər yetirək.

1857-ci ildə Londonun filologiya cəmiyyəti ingilis dilinin yeni lüğətinin yaradılması ideyasını irəli sürdüyü zaman redaktorlar ictimaiyyətdən dəstək almaq qərarına gəldilər və çox mütaliə edən şəxslərdən müxtəlif sözlərin mənalarını açıqlamağa yardımçı olan cümlə nümunələri göndərmələrini xahiş etdilər. Beləliklə, könüllülər hər gün kitab, qəzet və jurnallardan minlərlə "sitat" göndərirdilər. Kitabın ilk nəşrinin işıq üzü görməsində redaktorlara 2000-dən çox könüllü dəstək oldu.

OED-in ilk nəşrinin tamamlanmasına 70 ildən çox vaxt lazım oldu. Halbuki, ilkin olaraq lüğətin tərtibinə təxminən 10 il sərf olunacağı nəzərdə tutulmuşdu. Yalnız iyirmi yeddi ildən sonra redaktorlar "ant-qarışqa" sözünə çata bildilər.

Lüğətin əsasını qoyan şəxslərdən biri Frederik Fernivall qabaqgörən olsa da, bu, onun təşkilati bacarıqlarında rol oynamadı. Onun rəhbərliyi altında lüğət tam qarışıqlığa düşdü. "pa" ilə başlayan bütün sözlər itdi və nəticə etibarilə, İrlandiyada aşkarlandı. "G" hərfi ilə başlayan söz məqalələri kiminsə tullantıları ilə birlikdə yanmaq təhlükəsi ilə üzləşdi. "N" hərfinə aid bütün qeydlər hansısa yolla İtaliyaya gedib çıxdı.

1879-cu ildə filoloq, doktor Ceyms Mürrey lüğətin baş redaktoru vəzifəsini tutdu və ömrünün sonuna qədər (1915-ci il) bu vəzifəni icra etdi. Mürrey dilçilik sahəsində super ulduz idi: o, italyan, fransız, katalon, ispan, latın, holland, alman, holland və danimarka dillərinə yiyələnmiş, eləcə də portuqal, provansal, kelt, rus, fars dillərini, əhəmənlərin mixi yazısını, sanskrit, ivrit, suriya, aramey ərəb, kopt və fin dillərini də yaxşı bilirdi.

OED-ə saysız-hesabsız sitatlar təqdim etmiş könüllülərdən biri Uilyam S.Minor şizofreniya mübtəlası idi və bir şəxsi güllələdikdən sonra Berkşirdə Brodmur dəlixanasına yerləşdirildi.

İlkin olaraq OED-in auditoriyası məhdud idi. Kitab dəsti baha olmaqdan savayı, üstəlik çox irihəcmli olduğu üçün bütöv bir kitab rəfini tuturdu. 1971-ci ildə Oksford universitetinin nəşriyyatı doqquz səhifəni bir səhifəyə yerləşdirməklə kiçildilmiş tam versiyanı nəşr etmək qərarına gəldi. Mətn o qədər xırda idi ki, iki cildli kitab böyüdücü şüşə ilə təchiz edilmişdi. Beləliklə, o, tezliklə ən çox satılan lüğətlərdən biri oldu.

1980-ci illlərin sonlarında ingilis dilinin Oksford lüğətininin məzmununu rəqəmsal formaya keçirmək üçün 120-dən çox makinaçı, 55 korrektor və ümumilikdə 67 milyon dəfə klavişə basmaq lazım oldu.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>