"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Audio-kitab dinləmək kitab oxumağa bərabərdir
Audio-kitab dinləmək kitab oxuyan zaman baş beyinin müəyyən mərkəzlərinə göstərilən təsirə bərabər effektə malikdir. Bir qrup Amerika aliminin apardığı tədqiqatlaırn nəticələri bunu təsdiq edir.
Kaliforniya universitetinin alimləri belə bir fərziyyə irəli sürmüşlər ki, mətni istər dinləyərkən, istər kağızdan oxuyarkən baş beyinin eyni nahiyələri aktivləşir. Bu fərziyyəni təsdiq etmək üçün onlar könüllü şəxslərə "BBC - The Moth Radio Hour" seriyasından bir sıra hekayələri dinləməyi təklif etmişlər. Sonra isə təcrübə iştirakçılarına həmin əsərləri oxumaq təklif olunmuşdur.
Tədqiqatın növbəti mərhələsində eyni mətnlərin kağızdan oxunması və dinlənməsi zamanı beyinin aktivliyinin müqayisə edilməsi üçün maqnit-rezonans tomoqrafiya metodu istifadə edilmişdir. Təcrübələrin nəticələri göstərmişdir ki, hər iki halda baş beyində baş verən proseslər demək olar ki, eyni olmuşdur. Bundan başqa, mütəxəssislər baş beyinin nahiyələrinin aktivlik xəritəsini qurmuşlar.
Kaliforniya universitetinin professoru Fatma Denizin sözlərinə görə, "İndiki zamanda getdikcə daha çox insan audiokitab və podkast vasitəsilə məlumat alır. Apardığımız tədqiqat göstərir ki, insanların oxumasından və ya dinləməsindən asılı olmayaraq, baş beyin məlumatı eyni qaydada emal edir".
Alimlər hesab edirlər ki, apardıqları təcrübənin nəticələri müxtəlif sahələrdə geniş tətbiq oluna bilər. Məsələn, baş beyinin bu cür xəritələri nitqin pisləşməsinə gətirib çıxaran insult, epilepsiya və baş beyin travmaları kimi xəstəliklər keçirmiş pasientlərin reabilitasiyası prosesində istifadə oluna bilər. Bundan başqa, bu xəritələr disleksiyadan, yəni oxuma və yazma vərdişlərinə yiyələnmə qabiliyyətinin pozuntusundan əziyyət çəkən xəstələr üçün faydalı ola bilər.