"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Makaton dili sağlamlıq məhdudiyyəti olan insanlarla ünsiyyəti asanlaşdırır
Makaton - sağlamlıq məhdudiyyəti olan: eşitmə əngəlli, autizmdən, epilepsiyadan, Daun sindromundan əziyyət çəkən insanlarla ünsiyyəti asanlaşdıran dildir.
Bu proqram keçən əsrin sonlarında Marqaret Uoker tərəfindən yaradılmışdır. Burada eyni zamanda jestlər, qrafik simvollar və nitq istifadə olunur. Hər jest konkret ağ-qara simvolla əlaqələndirilir. Makaton Britaniya jest dilinə əsaslanır (British Sign Language) və 40-dan artıq ölkədə istifadə edilir.
Makaton dili əvvəlcə əqli məhdudiyyəti olan böyüklərə öyrədilmiş, sonra isə uşaqlara tətbiq edilmlişdir. Bu gün Makaton dilini uşaqlar üçün televiziya proqramlarına baxaraq öyrənmək olar.
Makaton - sadələşdirilmiş dildir, çünki onda ingilis dilinin qrammatikasını ifadə etmək üçün jestlər yoxdur. Makaton dilini öyrənmək asan və tez başa gəlir. Bu zaman ingilis dili oyun və ya öyrədici fəaliyyət zamanı hiss olunmadan jest dilinə tətbiq edilir. Makaton jest dilinin öyrənilməsi təfəkkür və koordinasiyanın müxtəlif tərəfli inkişafına şərait yaradır. Makatonun istifadəsi ingilis dilinin öyrənilməsini asanlaşdırır.