"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Müxtəlif dillərdə məlumatın ötürülmə sürəti danışıq sürətindən asılı deyil
Məlumdur ki, eyni mətn yapon dilində yazıldığı zaman daha uzun, tay dilində yazıldığında daha qısa olur. Lakin həmin mətnin oxunmasına eyni zaman sərf olunur. Məhz dillərlə bağlı bu hal yeni tədqiqatın mövzusuna çevrilmiş və məlum olmuşdur ki, dillərin mürəkkəbliyi və sürəti arasında kompromiss mövcuddur.
Science Advances jurnalında dərc olunmuş tədqiqatda Kristof Kupe, Yun Mi O, Dan Dediu və Fransua Pelliqrano 17 Avrasiya dilinin informasiya sıxlığının kəmiyyətcə qiymətləndirilməsindən başlamışlar. Sonra onlar həmin dilin daşıyıcısı olan 170 nəfərin 15 mətni oxuma sürətini qeyd etmişlər. Nəhayət, mətn fraqmentində olan məlumat və həmin mətnin təlləffüz sürətinə dair məlumatlar əsasında müəlliflər informasiyanın ötürülmə sürətini hesablamışlar.
Nəticələr göstərmişdir ki, beyinin məlumatı daha effektiv emal etməsinə imkan verən optimal sürət diapazonu mövcuddur. Sadə dillərin daşıyıcıları söhbətin qısa olması üçün sürəti artırırlar. Mürəkkəb dillərin daşıyıcıları isə cümlələri planlaşdırarkən və hecaları artikulyasiya edərkən daha çox səy göstərməli olduğu üçün, nəticədə müzakirə uzanır. Lakin hər iki halda informasiya təxminən eyni sürətlə ötürülür. Müəlliflərdən biri olan doktor Kupenin sözlərinə görə, "Bu, quş qanadlarına bənzəyir. Qanadlar böyük olduqda, saniyədə bir neçə dəfə qanad çalmaq lazım olur, kiçik qanadları isə sürətlə çırpaq lazım olsa da, uçuş cəhətdən nəticə eynidir".
Beləliklə, yeni tədqiqat müəyyən dillərin sürətli tələffüzündən asılı olaraq, məlumatı eyni sürətlə ötürdüyünü göstərmişdir.