Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Nəsiminin yaradıcılığı bolqar dilinə tərcümə edildi


Azərbaycan Respublikasının Bolqariyadakı səfirliyinin təşəbbüsü ilə böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin əsərləri bolqar dilinə tərcümə edilmişdir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti və Ədəbiyyat İnstitunun direktoru akademik İsa Həbibbəyli "Fokus" bolqar radiosunun efirində verdiyi müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, Nəsiminin şeirləri ilk dəfə bolqar dilində səslənir və artıq şeirlərdən ibarət kitab da hazırlanmışdır. Bu, Azərbaycan-Bolqarıstan münasibətlərinin tarixində nadir və əhəmiyyətli hadisədir. Tərcümələr sayəsində bolqar oxucuları görkəmli Azərbaycan yazıçısının yaradıcılığı ilə tanış olacaq, onun dünya ədəbiyyatında yeri və ustalığının incəlikəri haqqında məlumat əldə edəcəklər. Akademikin sözlərinə görə, şairin əsərləri yalnız azərbaycan dilində deyil, həm də ərəb, fars, rus, ingilis və digər dililərə tərcümələrdə də gözəl səslənir.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>