"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Xarici dil öyrənmək bacarığında ana dilinin rolu
Beynəlxalq alimlər qrupu ana dili ilə xarici dil öyrənmək bacarığı arasında asılılığı araşdırmışdır. Təcrübədə holland dilini böyük yaş dövründə öyrənən, müxtəlif ölkələrdən olan 50 minə yaxın insan iştirak etmişdir.
Təcrübələr göstəmişdir ki, 70% hallarda xarici dilin mınimsənilməsinin uğuru onun ana dili ilə yaxın olması ilə birbaşa bağlıdır. Belə ki, məsələn, alman və isveç dilinin daşıyıcıları üçün holland dilini öyrənmək daha asan olsa da, somali və tay dilinin daşıyıcıları bu dili öyrənərkən daha çox çətinlik çəkmişlər.
Təcrübənin əsasını bir çox amilləri: fonoloji, morfoloji və leksik amilləri nəzərə alan statistik model təşkil etmişdir. Onlar xarici dilin öyrənilməsində meydana çıxan bütün çətinlikləri əhatə etmişdir: yeni səslərin tələffüzü, qaydaların mənimsənməsi, eləcə də yeni sözlərin yadda saxlanması. Model aşkarlamışdır ki, ana dili və xarici dil arasında bu parametrlər üzrə çoxsaylı fərqlər olduğu halda, sonuncunun öyrənilməsində olduqca aşağı nəticələr əldə olunur.
Alimlər belə nəticəyə gəlmişlər ki, ana dili xarici dil öyrənmə bacarığında həlledici amildir. Belə ki, hər birimiz müəyyən dilərin mənimsənməsində müəyyən üstünlüklərə malik olmağımızla yanaşı, fərqli dillərin öyrənilməsində çətinlik yaşaya bilərik.