"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Oksford lüğətinin müəllifi Ceyms Mürrey haqqında film çəkiləcək
İngilis dilinin Oksford lüğətinin müəllifi Ceyms Mürrey haqqında çəkiləcək filmdə baş rolu Amerika aktyoru Mel Gibson oynayacaq.
Belə ki, Gibson Saymon Vinçesterin "Müəllim və dəli: Qətl, dəlilik və ingilis dilinin Oksford lüğətinin yaranması tarixi " adlı kitabına hüququ hələ 1998-ci ildə əldə etmişdir. Bütün bu müddət ərzində o, həmin kitab əsasında filmin çəkilişinə başlamaq haqqında düşünmüş və həmin filmi özü çəkməyi planlaşdırımışdır. Lakin sonradan o, planını dəyişmiş və idarəetməni "Apokalipsis" filminin ssenaristi Farhad Safiniyanın ixtiyarına vermişdir.
Qeyd edək ki, şotland filoloqu və leksikoqrafı ser Mürrey ingilis dilinin yeni lüğətinin tərtibi işini 1879-cu ildə başlamışdır. İlkin planlara görə, iş 10 il davam etməli və lüğət ümumilikdə 7000 səhifədən ibarət olmaqla, dörd cilddə hazırlanmalı imiş. Nəticədə lüğət 1928-ci ildə nəşr olundu. Beləliklə, lüğətin ərsəyə gəlməsinə tam 49 il sərf olundu - 12 cildlik lüğətə 414 825 sözün izahatı və 1 827 306 nümunə sitatları daxil edilmişdi.
Oksford lüğəti 1150-ci ildən başlayaraq ingilis dilinin həm bədii, həm də danışıq üslubunda mövcud olmuş və mövcud olan bütün sözləri əhatə edir. Hər lüğət mətni təfərrüatlı etimoloji, semantik, orfoqrafik, orfoepik və qrammatik izahatla müşayiət olunur.
Maraqlıdır ki, lüğət üzərində işləyərkən Mürreyin köməkçisi həmin müddətdə qətlə görə psixi xəstəxanada yatan amerikalı hərbi cərrah, doktor Uilyam çester Maynor olmuşdur. Maynor lüğətə 10 000 söz əlavə etmişdir. Filmdə doktor Maynorun rolunu Şon Penn ifa edəcək.