Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Xarici dil öyrənməyin beyinə faydaları


Beyin məşqi haqqında çoxumuz eşitmişik. Bunun elmi əsası geniş şəkildə qəbul edilir, bəs onun əsas faydaları hansılardır?

Beyin sadəcə əzələ kimi işlədilə bilərmi və xüsusilə effektiv olan idrak məşqləri varmı?

Bir çox dilçi və nevroloqların fikrincə, beynin əzələyə bənzər şəkildə reaksiya verir və müntəzəm stimullaşdırıldıqda ölçüsü artır. Dil öyrənmənin də beyin məşqinin ən uğurlu formalarından biri olduğu da geniş şəkildə qəbul edilir.


Yeni bir dil öyrəndiyiniz zaman beyninizdə nə baş verir?


Hamıya məlumdur ki, ikinci dili öyrənməyin çoxsaylı sosial faydaları vardır.

Bunlar araslnda səyahət edərkən rahat ünsiyyət qurmaq, mədəni şüurunuzu təkmilləşdirmək, dil biliyi ilə qürrələnmək və hətta öz dilinizi daha yaxşı başa düşmək bacarığını qeyd etmək olar. Həmçinin, hesab edilir ki, xarici dillərdə danışan insanlar dil bilməyənlərə nisbətən 8% daha çox qazanırlar.

Lakin son illərdə aparılan tədqiqatlar göstərdi ki, dil öyrənmək insanı başqa mədəniyyətlərə qarşı daha açıq fikirli və tolerant edir, həm də Alzheymer kimi xəstəliklərin qarşısını almaqda böyük rol oynaya bilər. Beləliklə, ikinci dil öyrənməyin psixi sağlamlıq üçün faydaları da vardır.

Əvvəllər güman edilirdi ki, birdən çox dildə danışmaq beyini çaşdıra və koqnitiv funksionallığa mənfi təsir göstərə bilər, lakin müasir mütəxəssislər bunun həqiqətdən uzaq olduğunu düşünürlər.

Başqa bir dil öyrənməyiniz üçün başqa səbəblər də var...

Əgər yeni bir dil öyrənsəniz (xüsusilə daha çox danışılan dillərdən biri) siz Yer üzündə danışa biləcəyiniz insanların faizini əhəmiyyətli dərəcədə artırarsınız.

Yeni iş axtarırsınız? Müraciət etdiyiniz iş danışdığınız dil(lər)i tələb etməsə belə, dillərdə danışmaq sizi daha çox işlə təmin edir. Bu, sizin yüksək ünsiyyət bacarığınızın, beynəlxalq məlumatlılığınızın və çoxdilli beyniniz olduğunu göstərir - bu, artıq müəyyən etdiyimiz kimi, çox arzuolunan bir xüsusiyyətdir.


Yeni bir dil öyrənməyin beyinə faydaları


Yeni bir dil öyrəndiyiniz zaman beyninizdə aşağıdakı hallar baş verir:

1. Boz maddə artır: Boz maddə beyinin müxtəlif hissələrini birləşdirən maddədir. Dil öyrənilməsi nəticəsində boz maddənin həcmi artır. Məlumdur ki, Eynşteyndə qeyri-adi dərəcədə böyük miqdarda boz maddə var idi.

2. Ölçüsündə fiziki artım: İsveçdə aparılan tədqiqat zamanı həyata keçirilmiş MRT müayinələri beyinin yaddaşla əlaqəli hissələrinin (məsələn, hipokampus və beyin qabığı kimi) müntəzəm stimullaşdırıldığı halda əzələlər kimi fiziki olaraq böyüdüyünü göstərdi.

3. Yaddaş yaxşılaşır: Yeni qaydaların öyrənilməsi, qrammatika və lüğəti yadda saxlamaq gündəlik koqnitiv yaddaşınızda müsbət təsir göstərir.

4. Təkmilləşmiş konsentrasiya qabiliyyəti: Tədqiqatlar göstərir ki, ikidillilərdə birdillilərə nisbətən tapşırıqlara diqqət yetirmək və diqqətlərini idarə etmək daha asan olur.

5. Demansdan qoruyur: Dil öyrənmək, həssas insanlarda Alzheymer və digər demans formalarının başlanğıcını tamamilə dayandırmasa da, beş ilə qədər gecikdirə bilər. Bu, hazırda təyin olunan hər hansı bir dərmandan daha təsirlidir.

6. Yeni dilləri öyrənmək daha asan olur: Beyniniz yeni bir dil öyrənərkən qanunauyğunluqları mənimsədikdən sonra, gələcəkdə qanunauyğunluqları müəyyənləşdirməyi daha da asanlaşır.

7. Siz "multitasker" olursunuz və problemləri həll etmək daha asan olur.

8. Öz dilinizdə belə daha yaxşı ünsiyyət quran biri olursunuz! Başqa dilləri öyrənmək əslində öz dilinizi anlamağa kömək edir.

9. Başqa mədəniyyətlərlə təmas sayəsində yaradıcılığınız artır. Yeni əlaqələr kəşf edirsiniz və dünyaya baxışınız dəyişir. Adət-ənənələrdəki fərqləri başa düşmək sizi multikultural bir fərdə çevirir.

10. Qərar vermə qabiliyyətiniz inkişaf edir. Tezliklə çətin qərarlar qəbul etməyin sizin üçün daha asan olduğunu anlayırsınız.

Beləliklə, ikinci bir dili öyrənməyin bu zehni faydaları cəhd etməyimiz üçün səbəb deyilmi?



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>