"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Dünyada dillər haqqında maraqlı faktlar
* Yer kürəsində yaşayan dünya xalqlarının dillərinin ümumi sayı 2,5 ilə 5 min arasında dəyişir. Belə əhəmiyyətli say fərqi müxtəlif dillər və eyni dilin dialektləri arasındakı fərqin şərti olması ilə izah olunur.
* Ən çox yayılmış dillər: çin, ingilis, hind, ispan, rus, indoneziya, ərəb, benqal, portuqal dilləridir. Çin dilinin mandarin ləhcəsi dünyada 885 milyondan çox insanın danışdığı ən geniş yayılmış dildir. İkinci yerdə ispan dili (332 milyon), üçüncü yerdə ingilis dili (322 milyon), dördüncü yerdə isə benqal dilidir (189 milyon). Yeri gəlmişkən, rus dili bu siyahıda 7-ci yerdədir (170 milyon)
* Genetik əlaqələrə əsasən dünya dilləri dil ailələrində qruplaşdırılmışdır: Hind-Avropa, Ural-Altay, Qafqaz, Çin-Tibet və s.
* Millətlərarası ünsiyyət və beynəlxalq təşkilatların (o cümlədən BMT) dilləri: ingilis, ərəb, ispan, çin, rus, fransız diləridir (cəmi 6 dil).
* ABŞ-da 130 milyon, Kanadada 11,1 milyon, Böyük Britaniyada 17,9 milyon, Avstraliyada 5,5 milyon insan ingilis dilində danışır.
* Dünyanın ən uzun əlifbası 74 hərfdən ibarət olan Kamboca əlifbasıdır.
* Yeni Qvineyada Papua sakinləri təxminən 700 dildə danışırlar (dünyadakı bütün dillərin təxminən 15 faizi).
* Fransız Qvineyasının bəzi bölgələrində danışılan Taki dili cəmi 340 sözdən ibarətdir.
* İngilis əlifbasında ən çox istifadə olunan hərf “E”, ən az istifadə olunan isə “Q” hərfdir.
* Eskimos dilində “qar” sözünün 20-dən çox sinonimi var.
* Afrika qitəsində 1000-dən çox fərqli dil var.
* Çin yazısında 40.000-dən çox simvol var. Həmçinin, “çətinlik, bəla” mənasını verən heroqlif bir dam altında iki qadın kimi təsvir edilir.
* Dünya dillərinin böyük əksəriyyətində “ana” sözü “M” hərfi ilə başlayır.