Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

OxfordDictionaries.com lüğətində yeniliklər


OxfordDictionaries.com lüğətinə əlavə edilmiş yeni sözlər həmişəki kimi, siyasət aləmindən tutmuş müasir slenqə qədər, müxtəlif sahələri əhatə edir.

Gender identity - Gender bərabərliyi

OxfordDictionaries.com-a əlavə edilmiş AFAB və AMAB abbreviaturaları müvafiq olaraq, "assigned female at birth - doğularkən verilmiş qadın statusu" və "assigned male at birth - doğularkən verilmiş kişi statusu" kimi açıqlanır. Bundan başqa, cinsiyyəti dəyişmə üzrə cərrahiyə sahəsindəki "bottom surgery" (aşağı hissə əməliyyatı) və "top surgery" (yuxarı hissə əməliyyatı) neologizmlərini də qeyd etmək olar.

Siyasət

Precariat - "iş yerləri və gəlirləri müdafiə olunmayan sosial sinif" mənasını bildirir.

Upstander - "təzyiqə məruz qalan və ya alçaldılan şəxsi müdafiə üçün danışan və ya hərəkət edən adam" mənasını bildirir. Bu söz 2002-ci ildə İrlandiya-Amerika diplomatı Samanta Pauer tərəfindən "bystander" (kənardan izləyən) sözünə əks mənalı söz kimi dilə gətirilmişdir.

Kakistocracy - dövlətin ən uyğunsuz və ya səriştəsiz vətəndaşlarından ibarət hökumət mənasını bildirir. Bu söz yunan sözü olan kakistos (ən pis) sözündən götürülmüşdür və "aristocracy" (aristo - ən yaxşı) sözünə zidd məna daşıyır.

İdman və oyunlar

Son yeniliklər arasında "paddleboarding", "paddleboarder" və "paddleboard" sözlərini qeyd etmək olar (serfinq lövhəsi (paddleboard) üzərində uzanaraq, dizi üstə oturaraq və ya ayaq üstə duraraq kürək və ya əl vasitəsilə suda hərəkətdən ibarət idman növü).

Bu terminlərlə yanaşı "fərdi üsluba malik, özündən əmin və sərbəst server-oğlan" mənasında işlədilən "surfer dude" qeyri-rəsmi terminini qeyd etmək olar.

Həm isim, həm də fel kimi işlədilən "slackline" sözü "yerdən yuxarıda bərkidilmiş, lakin gərilməmiş kəndir üzərində balansı saxlamaq" mənasını daşıyır.

Video-oyunlara gəlincə, avi - "avatar üçün abbreviatura" terminini qeyd edtmək olar.

Bundan başqa, "Turtle ısland" qeyri-adi coğrafi adı da OxfordDictionaries.com lüğətinə daxil edilmişdir. Bu, Şimali Amerika hindularının həmin kontinentə verdiyi addır və 20-ci əsrdə həmin kontinentin nəhəng tısbağa ilə assosiasiya olunması ilə əlaqədar olaraq meydana çıxmışdır.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>