Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Artıq rus dilində "Kofe" sözü orta cinsdə işlədilə bilər


Rusiya Federasiyası Təhsil Nazirliyinin bu ilin 1 senytabrında qüvvəyə minmiş əmrinə əsasən bəzi sözlərin rəsmi tələffüz və yazılış qaydaları dəyişilmişdir. Əvəllər səhv hesab olunan bəzi variantlar artıq norma hesab olunacaq. Nazirlik öz mövqeyini "rus ədəbi dilinin dörd müasir lüğətindən" əldə edilmiş məlumatlarla əsaslandırır.

Söhbət aşağıdakı lüğətlərdən gedir: "Rus dilinin böyük frazeoloji lüğəti" (Teliy), "Rus dilinin vurğuları lüğəti" (Rezniçenko), "Rus dilinin qrammatik lüğəti: Sözdəyişmə" (Zaliznyak), eləcə də "Rus dilinin orfoqrafik lüğəti" (Buçkina, Sazonova, çeltsova).

Belə ki, "kofe" sözü artıq rəsmi olaraq orta cinsdə də işlədilə bilər. Bundan başqa, sözlərin aşağıdakı tələffüz formaları artıq norma hesab olunur: yalnız "po sredAm" deyil, həm də "po srEdam", yalnız "doqovOr" deyil, həm də "dOqovor", yalnız "yOqurt" deyil, həm də "yoqUrt".

Lüğət müəlliflərindən biri olan İnna Sazonovanın sözlərinə görə, bütün yeniliklər yalnız elmi tədqiqatlara əsaslanmışdır.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>