"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
İngilis dilinin Oksford lüğətinə mindən artıq yeni söz əlavə edilmişdir
İngilis dilinin Oksford lüğətinə mindən artıq yeni söz əlavə edilmişdir. Yeni sözlər kollokvializmlərə aiddir, yəni danışıq dilində yaranmışdır. Həmin sözlər arasında "gender-fluid", "scrumdiddlyumptious", "moobs", "YOLO" və s. qeyd etmək olar.
Belə ki, "gender-fluid" termini iki kökdən əmələ gəlmişdir - "cins" və "maye" və bu söz şəraitdən asılı olaraq özünü müxtəlif gender nümayəndəsi kimi göstərən adam mənasında işlədilir.
"Scrumdiddlyumptious" sifəti "çöx ləzzətli", "əla", "möhtəşəm" mənalarında işlədilir. Bu söz Amerika ingiliscəsində 60 il bundan əvvəl meydana çıxmış, lakin bu günədək slenq hesab olunmuşdur. Çox vaxt "scrumdiddlyumptious" qidanı təsvir etmək üçün istifadə olunur.
Növbəti yeni termin - "moobs" ismi kişidə qadın tipli böyük sinə mənasını bildirir. Bu söz Britaniya ingiliscəsinə 10 ildən artıq müddət əvvəl daxil olmuşdur. O, adətən artıq çəkidən əziyyət çəkən kişilərə aid edilir.
YOLO ixtisarı "You only live once", yəni "Həyat insana bir dəfə verilir" mənasını bildirir. Bu söz hansısa hərəkətin sonra yox, məhz indi edilməli olduğunu bildirmək üçün istifadə olunur.
Hazırda ingilis dilinin Oksford lüğətinə 829 mindən artıq söz daxildir. Lüğət ilk dəfə 1857-ci ildə nəşr edilmişdir və ingilis dilinin ən böyük və erkən lüğətlərindən biri hesab olunur.