Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Publisistik tərcümə


Publisistik tərcümə


Publisistik tərcümə qəzet, jurnal, vebsayt, televiziya, radio, ictimai çıxışlar və s. ilə bağlı mətnləri əhatə edir. Bura məqalələr, müsahibələr, reklam mətnləri, icmallar, press-relizlər, sayt kontenti və s. aiddir.

Bir qayda olaraq, bu cür tərcümələrin auditoriyası cəmiyyətin geniş kütləsini, məsələn qəzet və jurnalların oxucularını, reklam olunan məhsulun istehlakçılarını əhatə edir. Bilavasitə məlumat verməklə yanaşı, publisistik və reklam mətnləri hansısa bir yolla oxucuya təsir göstərmək məqsədi daşıyır ki, bu da onların leksik və sintaktik quruluş səviyəsində əks olunur. Belə ki, publisistik mətnlərin leksikası emosional-ekspressiv çalara malik olmaqla, danışıq, bəzən isə jarqon elementlərinə malik olur.

Publisistik, hətta daha çox reklam mətninin tərcüməsi, əksəriyyətin düşündüyünün əksinə olaraq, tərcüməçi üçün olduqca mürəkkəb işdir. Çünki oxucuya təsir etmək və onu müəyyən hərəkəti etməyə həvəsləndirmək, təsvir olunan məhsul və ya brendin yüksək imicini yaratmaq tərcüməçidən yüksək söz yaradıcılığı, cəlbedici və aktual danışıq leksikasına bələd olma, dili duyma qabiliyyəti, oxucunun diqqətini cəlb etmək, lazımi atmosferi yaratmaq bacarığı tələb edir. Bu cür tərcümələr şifahi nitqə yaxşı bələd olan linqvist tərəfindən yerinə yetirilməlidir.

Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.

Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!

Necə sifariş vermək olar?

Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.

Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.

Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.